NAXÇIVAN :

03 Dekabr 2024, Çərşənbə axşamı

Ordubad rayonunda genişmiqyaslı ağacəkmə aksiyasına start verildi

...

Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə genişmiqyaslı ağacəkmə kampaniyasına start verilib. 18-27 oktyabr tarixləri arasında keçirilməsi nəzərdə tutulan tədbirlər ölkə başçısı cənab İlham Əliyevin 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik  ili” elan olunması haqqında müvafiq Sərəncamına uyğun olaraq və cari ilin noyabr ayında keçiriləcək COP29 tədbirləri çərçivəsində həyata keçirilir.
Yaşıllıq aksiyasında Ordubad Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Rəhimli və İcra Hakimiyyətinin əməkdaşları, eləcə də idarə, müəssisə və təşkilat kollektivləri, bələdiyyə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ağacəkmə kampaniyasında yüksək fəallıq müşahidə olunub. Qeyd edək ki, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və yaşıllıq zolaqlarının bərpası istiqamətində həyata keçiriləcək tədbirlər zamanı, təqribən, 34.7 ha ərazidə müxtəlif növ ağac və gül kollarının əkilməsi planlaşdırılır.
Rayon ərazisində yaşıllıqlara qulluq və abadlıq işlərinin bundan sonra da müntəzəm olaraq davam etdirilməsi  nəzərdə tutulur.

Nəşr edilib : 18.10.2024 20:11