Akademik Hüseyn Əhmədovun zəngin elmi irsinin daha...
23:33 02.07.2026
0
0
0
Culfa rayonunun Yaycı kəndi ərazisində minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində Ordubad rayonunu təbii qazla təmin edən magistral xətdə yaranmış qəza aradan qaldırılıb.
"Şərq qapısı" xəbər verir ki, hadisə səbəbindən bu gün saat 16:55-dən etibarən Ordubad rayonunun qaz təchizatı müvəqqəti dayandırılmışdı. Aidiyyəti qurumun əməkdaşları tərəfindən aparılan operativ təmir-bərpa işləri uğurla yekunlaşdırılıb və rayona təbii qazın verilişi tam şəkildə bərpa olunub.
Digər xəbərlər