Arzuları yarımçıq qaldı
20:50 10.01.2025
0
0
0
Yanvarın 10-da Ordubad şəhər tam orta internat məktəbində təhsil alan şagirdlərlə görüş keçirilib.
Naxçıvan şəhərində keçirilən “Snowfest” çərçivəsində məktəb şagirdlərinin yeni il arzularını ifadə etdikləri dilək yolkasına yazılan istəklər reallaşdırılıb. Ümumilikdə, 61 şagirdin diləkləri nəzərə alınaraq onların istəklərinə uyğun hədiyyələr hazırlanıb və sahiblərinə təqdim olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova, Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynova, Ordubad şəhər tam orta internat məktəbinin direktoru Məzahir Xəlilov çıxış edərək şagirdləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara təhsillərində və gələcək həyatlarında uğurlar arzulayıblar. Görüş ölkəmizdə sosial qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğının daha bir təzahürü kimi qiymətləndirilib və bu cür ənənəvi bayram görüşlərinin bundan sonra da davam etdiriləcəyi bildirilib.
Qeyd olunub ki, artıq ikinci ildir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü ilə Naxçıvan şəhərində keçirilən “Snowfest” çərçivəsində Ordubad şəhər internat tam orta məktəbin şagirdlərinin yeni il arzuları əks olunan dilək yolkası qurulur. Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə muxtar respublikanın dövlət qurumlarının rəhbərləri Ordubad şəhər internat tam orta məktəbi şagirdlərinin fərdi arzularını reallaşdırır.
Sonda xatirə şəkli çəkdirilib.
Digər xəbərlər