Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Rauf Səxavət oğlu Əliyev
(04.06.1994-22.10.2020)
Biz valideynlərini heç zaman incitmədi. Ali təhsilini Azərbaycan Texniki Universitetində almışdı. İxtisasca kompüter mühəndisi idi. Bu istiqamətdə olan biliklərini möhkəmlətmək üçün əlavə kurslara, məşğələlərə də qatılırdı. İştirak etdiyi bütün tədbirlərdə fərqlənirdi. Universiteti də əla qiymətlərlə bitirmişdi. Nə gecəsi vardı, nə də gündüzü, ancaq oxumaq eşqi ilə yaşayırdı. Hərdən boynuna sarılıb deyirdim, Rauf, sənin tayların evlidir, uşaq sahibidirlər. Mənim də arzularım var. Mən də toyunu görmək istəyirəm. Deyirdi, ana, hər şeyin öz vaxtı var.
Hərbi xidmətini cəbhə bölgəsində çəkmişdi. Hərbi xidmətdə olarkən, Aprel döyüşləri başlamışdı. Döyüşlərdə iştirak etməsini istəməmişdi biz də bilək. Əsgərlikdən gələndən sonra bu haqda söhbətlər edirdi. Lələtəpə yüksəkliyini düşməndən necə azad etməsindən danışırdı. Tovuz döyüşləri başlayanda dedi ki, ana, bilirsənmi Polad Həşimov kimdir? Soruşanda qayıtdı ki, biz Aprel döyüşlərində onun rəhbərliyi altında iştirak etdik.
İxtisası üzrə hər yerdə seçilirdi. Onun hazırladığı proqram təminatları bu gün də istifadə olunur. Hər dəfə sertifikat alanda elə də sevinmirdi. Deyirdi ki, hələ bu nədir ki? Biz isə çox qürurlanırdıq. Xaricə getmək istəyirdi, atası icazə vermədi. Dedi ki, hər şeyin, yaxşı işin var, iki qardaşsınız, gözümün önündə olun. Axırıncı dəfə də ən yüksək beynəlxalq banka onlayn olaraq imtahan verdi. Oradan da uğurla keçdi, amma o sevincini bircə gün yaşadı.
Səhər-səhər televizoru açdım. Müdafiə Nazirliyinin mətbuat katibi yayımda idi. Rauf yatmışdı. Dedim ki, deyəsən, müharibə başlayır. Dedi, ana, canın sağ olsun. Almalıyıq torpaqlarımızı. Sentyabrın 29-da cəbhəyə yola düşdü. Ağlımıza da gəlmirdi ki, bu bizim son görüşümüz olacaq. Özümə yer tapa bilmirdim o gün. Cəbhədə olarkən bir neçə dəfə telefon əlaqəsi yaratdı. Razılıqla danışırdı ki, torpaqlarımızı ala-ala irəliləyirik. Sonuncu danışığımız da şəhid olduğu günə təsadüf etdi. Atışma səslərindən heç cür danışmaq olmurdu. Elə həmin gün 4-ün yarısı şəhid olmuşdu. Döyüş yoldaşları evimizə gəlmişdilər. Onun necə cəsarətli, qorxmaz olduğundan danışırdılar. Biz oğlumuzla fəxr edirik.
Digər xəbərlər