Naxçıvan karateçilərindən uğurlu nəticələr...
17:10 30.04.2025
0
0
0
NAXÇIVAN :
30 Aprel 2025, Çərşənbə
Ombudsman və onun nümayəndələri işgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədi ilə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir. Daxili İşlər Nazirliyinin müəssisələri ombudsmanın diqqətində olan və mütəmadi başçəkmələr həyata keçirilən müəssisələrdir. Bu müəssisələrdə saxlanılan şəxslərlə fərdi söhbətlər aparılır, onların saxlanma şəraiti qiymətləndirilir, saxlanıldıqları müddət ərzində, habelə tutularkən pis rəftara məruz qalıb-qalmamaları araşdırılır.
"Şərq qapısı" xəbər verir ki, bunu insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva qurumun təşkilatçılığı ilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında keçirilən "İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 75 illiyinə həsr olunmuş “Polis orqanlarında saxlanılan şəxslərin əsas təminatları-beynəlxalq standartlar” mövzusunda seminarda çıxış edərkən deyib.
S.Əliyeva diqqətə çatdırıb ki, müvəkkil və onun Milli Peventiv Qrupunun üzvləri tərəfindən polis orqanlarının rəhbərliyi və şəxsi heyəti ilə görüşlər keçirilir, hüquqi maarifləndirmə işi aparılır, insan hüquq və azadlıqlarının təmin olunmasına xüsusi diqqət yetirilməsinin vacibliyi diqqətə çatdırılır, bu sahədə əməkdaşlıq məsələləri müzakirə edilir. Onun sözlərinə görə, saxlanılan şəxslərin başçəkmələr çərçivəsində daxili intizam qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmini vəziyyətinin öyrənilməsinin diqqət mərkəzində olması xüsusi vurğulanmalıdır: "Təkcə 2024-cü ildə saxlanılan şəxslərlə Ombudsmanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində rəftar məsələləri, saxlanma şəraiti, habelə müvafiq sənədləşmənin araşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin müəssisələrinə 90 başçəkmə həyata keçirilib. Hesab edirik ki, saxlanılan şəxslərin hüquq və azadlıqlarının qorunması, müvafiq qanunvericiliyin və bu sahədə hüquq-müdafiə mexanizminin təkmilləşdirilməsi sahəsində həyata keçirilən fəaliyyət sırasında geniş maarifləndirmə işinin əhəmiyyətini qeyd etməyə xüsusi ehtiyac yoxdur. Bu baxımdan bu gün təşkil etdiyimiz seminar mövzu üzrə hüquq mədəniyyətinin artırılması baxımından əhəmiyyətlidir".
Ombudsman qeyd edib ki, bir sıra ölkələrdə Milli Preventiv Mexanizm funksiyalarını həyata keçirən qurumlarda Çağrı Mərkəzi ya mövcud deyil, ya da günün yalnız bir hissəsi aktiv olur: "Bizim 24 saat fəaliyyət göstərən Çağrı Mərkəzi təcrübəmiz effektiv olmaqla, xarici ölkələrin milli insan hüquqları təsisatları tərəfindən də maraqla qarşılanmaqdadır. Müvəqqəti saxlama yerlərində Çağrı Mərkəzinin fəaliyyəti ilə bağlı lövhələrin vurulmasına tərəfimizdən xüsusi diqqət yetirilir. Gündəlik olaraq Çağrı Mərkəzinə daxil olan zənglər barədə ombudsmana məruzə olunur ki, ehtiyac yarandıqda dərhal başçəkmə həyata keçirilməsi barədə qərar qəbul edilir".
Hüquqi maarifləndirmə işində polis orqanlarında saxlanılan şəxslərin əsas təminatları ilə bağlı beynəlxalq standartlarla tanışlığın xüsusi əhəmiyyətə malik olduğunu bildirən ombudsman əlavə edib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları arasında maarifləndirmə işinin, o cümlədən şəxsi heyətin milli qanunvericiliklə yanaşı, beynəlxalq təşkilatların müvafiq standart, təlimat və tövsiyələri ilə tanışlıq səviyyəsinin artırılmasına ehtiyac var.
Digər xəbərlər