NAXÇIVAN :

24 Iyun 2025, Çərşənbə axşamı

Ölkənin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə edilir – FAKTİKİ HAVA

...

Milli Hidrometeorologiya Xidmətinin iyunun 24-ü saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

"Şərq qapısı" xəbər verir ki, xidmətdən bildirilib ki, düşən yağıntının miqdarı Balakəndə 38, Zaqatalada 31, Sarıbaşda (Qax) 15, Daşkəsəndə 5, Şəki, Göygöl və Gədəbəydə 3, Naxçıvan, Ordubad, Gəncə, Naftalan, Şəmkir, Oğuz, Şahdağ, Tərtər, Yevlax, Sabirabad, Ağstafa, İsmayıllı, Lənkəran, Mingəçevir, Astara, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi və Xocalıda 1 millimetrdir. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 23, Naftalanda 22, Mingəçevirdə 20, Tərtərdə 16, Bərdə, Culfa, Şəkidə saniyədə 15 metrədək güclənib. Daşkəsən, Göygöl, Qax, Qrız, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28, Naxçıvan Muxtar Respublikasında 31, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 17 dərəcəyədək isti qeydə alınır.

Nəşr edilib : 24.06.2025 10:31