Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il...
16:13 23.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
COP29 konfransının Bakıda keçirilməsi, Azərbaycanın regionda və qlobal səviyyədə iqlim problemlərinin həllində aparıcı rol oynamağa hazır olduğunu göstərir və Prezident İlham Əliyev siyasətinin növbəti təntənəsidir. Bu diplomatik addım, Azərbaycanın dayanıqlı iqtisadi inkişafına, təmiz enerji istehsalının artırılmasına və ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüslərinin qlobal müstəvidə təqdimatına xidmət edir. Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrlə əməkdaşlığı inkişaf etdirərək, bu sahədə əhəmiyyətli rol oynayıb. 70 mindən artıq iştirakçının qatıldığı belə bir nüfuzlu tədbirə ev sahibliyi etməyimiz, eləcə də, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması kimi ölkədə “yaşıl iqtisadiyyat”ın, “yaşıl enerji”nin, “yaşıl texnologiya”ların tətbiqinə, geniş mənada, “yaşıl artım”a hesablanmış strateji qərar Azərbaycanın iqlim dəyişiklikləri, biomüxtəliflik, ərzaq təhlükəsizliyi, bərpa olunan və sairə kimi sahələrdə milli elmimizin və təhsilin inkişafına, yüksək texnologiyalar üzrə əməkdaşlıq və bilik mübadiləsinə əhəmiyyətli təkan verəcək.
COP29-la bağlı Azərbaycana gəlmiş on minlərlə xarici ölkə nümayəndəsi, media və vətəndaş cəmiyyəti, beynəlxalq təşkilat təmsilçiləri Vətənimizin təbii və antropogen landşaftlarının özəlliklərini, ölkənin siyasi sistemində və sosial-iqtisadi inkişafında qazanılmış nailiyyətləri, əhalinin sabitlik, əmin-amanlıq və rifah halında yaşayışını, dövlətin dini və etnik tolerantlığa əsaslanan dünyəvi quruluşunu, insanlarımızın xeyirxahlığı və qonaqpərvərliyini, yüksək mədəniyyətini öz gözləri ilə seyr etmək imkanı əldə edirlər. Şübhəsiz, bütün bunlar Azərbaycan dövlətinin və xalqının beynəlxalq imicinin daha da yaxşılaşmasına, turizm sektorunun intibahına, ölkə iqtisadiyyatına xarici investisiya qoyuluşunun artmasına da real töhfələr verəcək.
COP29-un Bakıda keçirilməsi ilə bağlı bir ilə yaxın davam edən hazırlıq işləri, həyata keçirilən tədbirlər, sağlam ətraf mühitin, təbiətin və onun yaşıl örtüyünün qorunması və artırılmasının, ümumən, bioloji müxtəlifliyin əsl dəyərinin dərk edilməsi baxımından da mühüm irəliləyişlərə nail olunmasına imkan verəcəkdir.
Azərbaycanın COP29-a hazırlığı nümunəvidir. Yalnız yerli deyil, beynəlxalq qiymətləndirmə də göstərir ki, digər beynəlxalq nüfuzlu tədbirlərə də ev sahibliyi etmiş Azərbaycan həm sistemli, həm də ünvanlı şəkildə konfransa hazırlıq həyata keçirib. İnanırıq ki, tədbir iqlim dəyişiklikləri ilə mübarizə sahəsinə öz töhfəsini verəcək.
Aysel DÜNYAMALIYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər