NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Ölkə ərazisinin bəzi yerlərində leysan xarakterli yağış yağıb, duman müşahidə olunub

...

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən"Şərq qapısı"na verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Oğuzda 12, Lerikdə 9, Şamaxıda 8, Şəkidə (Kişçay) 7, Göygöl, İsmayıllı, Neftçala, Astara, Yardımlı, Lənkəran, Cəlilabad, Biləsuvar, Beyləqan, İmişli, Ağdam, Daşkəsən, Gədəbəy, Sabirabad, Cocuq Mərcanlı, Tovuz, Culfa, Qobustan, Bərdə, Zərdabda 3 millimetrədək qeydə alınıb.

Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.

Nəşr edilib : 23.09.2025 11:53