Qazaxıstan İƏT-də sədrliyi qəbul edəcək
21:28 03.12.2024
0
0
0
NAXÇIVAN :
03 Dekabr 2024, Çərşənbə axşamı
Sahib Yaşar oğlu Məmmədov
(13.11.1989-19.10.2020)
11 il idi ki, Qubada işləyirdi. 3 gün idi, sonbeşik qızı doğulmuşdu ki, Sahibi işə çağırdılar. Uşaq 9 aylıq olanda dedim ki, bala, orada sənə ev verirlər, ailəni də apar yanında saxla. Uşaqlardan bu qədər ayrı qalmaq olmaz. Dedi ki, ana, bəs sən? Dedim ki, məni düşünmə, əsas odur ki, siz rahat olun. Atası ilə qardaşı xaricdə işlədiyi üçün istəmirdi, mən tək qalam. Döyüşlərin başladığı ərəfədə də danışırdıq. Deyirdi ki, Vətən yolunda ölüm şərəfli ölümdür. Dedim ki, elə demə, 3 qızın yolunu gözləyir. Bir dəfə güllə qolunu sıyırmışdı. Hospitala düşmüşdü. Onda danışdıq. Dedi ki, bilirəm, əzab çəkirsən, amma oğlunla fəxr elə. Qonşular da həmişə razılıq edirdilər. Bir dəfə olsun qəlbimə dəymədi. Sevdiyi qız da var idi. Elə o qızla da ailə qurdu. Hər gün oğlumun fotoları ilə təsəlli tapıram. O da mənə çox bağlı idi. Tək olduğum üçün daha da nigaran qalırdı. Öz ailəsinə, balalarına da mehriban idi. Balaları da özü kimi çox mehribandırlar. Gəlinimdən yer-göy qədər razıyam ki, Sahibin yadigarlarını düzgün tərbiyə edir, mənə qarşı məhəbbətlə böyüdür.
Axırıncı dəfə sentyabrın 17-si Sahibi evə buraxmışdılar. Bir gün qalıb səhər tezdən getdi. 27-si müharibə başladı, axırıncı dəfə oktyabrın 17-si danışdıq. Günorta namazı qılırdım ki, ondan zəng gəldi. Danışdıq. Dedi ki, ana, sonra birdən alınmaz danışmağımız, dedim, bir kef-hal tutum, nigaran qalmayasan. Dedim ki, mən də indi namaz qılıb səni düşünürdüm. Qayıtdı ki, ana, dua elə. Dedim, bala, hər birinizə duaçıyam. Sağollaşdıq, bir də təkrar zəng gəldi. Sahib idi yenə. Dedi ki, ana, bizi yuxarı qaldırırlar, danışa bilməsək, narahat olma.
İndi ancaq yuxuma gəlməyini istəyirəm. Dörd dəfə yuxuda görmüşəm. Heç olmasa, yuxuda qucaqlayım. Ancaq şəkillərini qucaqlaya bilirəm. Bir dəfə olub ki, yuxumda bərk-bərk qucaqlamışam. Daha yuxuma da gəlmir...
Ana üçün oğul itirmək çox ağırdır. Təsəllim odur ki, torpaqlarımızın azad edilməsi yolunda şəhid olub.
Digər xəbərlər