Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Böyüklərdən “İndinin uşaqları niyə belədir?” “Bizim dövrümüzdə belə deyildi”, kimi fikirləri tez-tez eşidirik. Əgər yaşınız 30-u adlayıbsa, artıq siz də valideynləriniz kimi yeni nəsil yeniyetmə və gənclərdə müşahidə etdiyiniz ümumi problemləri sezib narazılıq edirsiniz. Əlbəttə, zəmanə uşaqları anlayışı da boşuna deyil. Həzrəti Əlinin əsrlər öncə dediyi kimi, uşaqlar valideynlərindən daha çox zəmanələrinə bənzəyərlər.
Zəmanə dediyimiz də hansısa mistik varlıq deyil, ətraf mühitin yetişməkdə olan uşağa olan təsiridir, məsələn, texnologiya, sosial təkamül və digərləri. Zaman keçdikcə və gənc nəsli müşahidə etdikcə insanın içində həmin gənclərə qarşı yaşlı nəslə xas etirazlar yaranır və özündən böyükləri başa düşməyə başlayırsan. Bu yersiz narazılığı, etirazı dəf etmək də əslində sadədir. Sual verirsən özün-özünə – mənim dövrümdə eynən indiki texnologiya və mühit olsaydı, mən yenə uşaqlığımı, gəncliyimi keçmişdə olduğu kimi keçirərdimmi? – Bu suala səmimi cavab vermək istərdim, əlbəttə ki yox! Yəni sən kiçik yaşda ikən smartfon yox idi deyə oyuncaqlarla daha çox oynayırdın, bədii kitab oxumağa daha çox üstünlük verirdin. Sən uşaq ikən smartfon olsaydı, sən də smartfonla oynamağı daha maraqlı biləcəkdin. Ona görə də özündən sonrakı nəsli nədəsə ittiham etmək ümumiyyətlə absurd məsələdir.
Əlbəttə, bizim vaxtımızda belə deyildi, həyat elə keçmiş filmlərdə olduğu kimi ağ-qara idi, dünyanın bu qədər bər-bəzəyi yox idi, amma o dövrlər sonsuz səmimiyyət vardı. Onda bir-birinin üzünə baxıb gülmək xoşbəxtlik idi. Amma indi xoşbəxt olmaq üçün daha artığı lazımdır. İndi duyğular, düşüncələr, həyata baxış da fərqlidir. O vaxtın uşaqları daha çox həssas, duyğusal idi. Dünyaya sirli, sehrli aləm kimi baxırdı. Hər şeydə ancaq gözəllik axtarırdı. Amma indi real yaşanan həyat var. Bunu indiki gənclər daha yaxşı dərk edir və real yaşanan həyatın şərtlərinə uyğun davranırlar. Düşünürəm ki, əslində indiki gənclər bizdən müəyyən mənada daha da xoşbəxtdirlər. Çünki, o zamanlar haqqın da, hüququn da sərhədləri var idi. Amma bugünkü gənclərin xoşbəxtliyi kimi arzuları da sərhədsizdir. Çünki, onlar azad ölkənin azad gəncləridir.
Gülcamal TAHİROVA
Digər xəbərlər