Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma pro...
13:50 02.05.2026
0
0
0
"Qazaxıstan Vətəndaş Alyansı ölkənin ən böyük qeyri-hökumət təşkilatıdır. Onun tərkibinə 8000-dən çox qeyri-hökumət təşkilatı daxildir. Qazaxıstan Vətəndaş Alyansının ölkəmizin bütün regionlarında 20-dən çox filialı fəaliyyət göstərir".
Bu sözləri Qazaxıstan Vətəndaş Alyansının direktoru Nuras Yeralı “Şərq qapısı” qəzetinə müsahibəsi zamanı bildirib.
"Bu gün biz belə əhəmiyyətli tədbirdə iştirak edirik. Mən burada iştirak etdiyimə və spiker olduğuma görə çox şadam. Bir çox maraqlı mövzular müzakirə olundu. Ən əsas iki mövzu diqqət mərkəzində idi. Birincisi, türk dövlətləri üçün ideoloji baxımdan qeyri-hökumət təşkilatlarının platformasının yaradılması idi. Və ikincisi, urbanistika idi. Məhz bu mənim çıxış etdiyim mövzu oldu. Platforma ilə bağlı onu deyə bilərəm ki, mən bizim qeyri-hökumət təşkilatlarımız adından bu təşəbbüsü tam dəstəkləyirəm. Əminəm ki, onlar da bu təşəbbüsə dəstək verəcəklər. Çünki bu təşəbbüs çox faydalıdır və qeyri-hökumət təşkilatları üçün yeni imkanların sərhədlərini genişləndirir", – deyə Nuras Yeralı əlavə edib.
Digər xəbərlər