Azərbaycan-Keniya ikitərəfli və çoxtərəfli əməkdaş...
22:07 03.06.2025
0
0
0
NAXÇIVAN :
04 Iyun 2025, Çərşənbə
İyunun 7-də rəqəmsal SAT imtahanı Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyət göstərdiyi hər iki ünvanda təşkil olunacaq.
"Şərq qapısı" xəbər verir ki, DİM-dən bildirilib ki, imtahanda iştirak edəcək namizədlərdən qeydiyyatdan keçdikləri test mərkəzinə xüsusilə diqqət yetirmələri və imtahan üçün buraxılış vərəqələrində göstərilən müvafiq ünvana yaxınlaşmaları xahiş olunur.
İmtahanlar Akademik Həsən Əliyev küçəsi, 299 (TC60129) və Süleyman Sani Axundov küçəsi, 50 (TC56582) ünvanlarında keçiriləcək.
İmtahanda iştirak edəcək şəxslər saat 07:15-dən gec olmayaraq tələb olunan aşağıdakı sənəd və vasitələrlə birlikdə qeydiyyatdan keçdikləri imtahan binasında olmalıdırlar:
1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
2. Buraxılış vərəqəsi – “Admission Ticket”;
3. “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə).
Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.
İştirakçılar imtahana, həmçinin kalkulyator, qeydləri aparmaq üçün qələm və ya karandaş gətirə bilərlər. Qaralama üçün vərəq imtahan mərkəzində verilir.
İmtahan iştirakçısının notbuk və ya planşetini imtahan mərkəzinə gətirmək imkanı yoxdursa və o, “College Board”dan notbuk/planşet sorğu edilməsi prosesindən keçməyibsə, həmin iştirakçı imtahan mərkəzinə buraxılmayacaq.
Qeyd edək ki, 7 iyun SAT imtahanının iştirakçıları imtahan tarixindən beş gün əvvəl Bluebook-da yaradılmış şəxsi hesablarına daxil olmalı və imtahanın qurulmasını (test set up) başa çatdırmalıdırlar. Bu prosesin sonunda imtahan iştirakçılarına “Buraxılış vərəqəsi” onlayn qaydada təqdim ediləcəkdir.
2025-ci ildə növbəti SAT imtahanlarının avqustun 23-də, sentyabrın 13-də, oktyabrın 4-də, noyabrın 8-də, dekabrın 6-da keçirilməsi nəzərdə tutulur.
Əlavə sual yarandığı halda international@dim.gov.az ünvanına yazmaq olar.
Digər xəbərlər