NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Nəqliyyat vasitəsindən patronlar və sandıqça aşkar edilib

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunda Türkiyə Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik nəqliyyat vasitəsi rentgen qurğusundan keçərkən monitorda şübhəli təsvirlər müşahidə olunub və avtomobil əsaslı yoxlamaya cəlb edilib.
Yoxlama zamanı avtomobilin ön sərnişin oturacağının altındakı boşluqdan yivli odlu silahlarda istifadə edilməsi nəzərdə tutulan 23 ədəd 7,62x39 mm kalibirli patron və 1 ədəd sandıqça aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 09.09.2024 18:02