Ordabayev: Təyyarənin qəzaya uğradığı yerdə daha b...
19:46 26.12.2024
0
0
0
Nepal Prezidenti Ram Çandra Paudel noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 konfransında iştirak etmək üçün Azərbaycana səfər etməyi planlaşdırır.
Bunu Nepalın meşə təsərrüfatı və ətraf mühit naziri Ayna Bahadur Şahi Takuri (Aina Bahadur Shahi Thakuri) deyib.
"Nepal COP29-da ən yüksək səviyyədə təmsil olunacaq, nümayəndə heyətimizə Prezident Paudel rəhbərlik edəcək", - o bildirib.
Nazirin sözlərinə görə, hökumət bu tədbirin önəmini vurğulamaq üçün konfransda yüksək səviyyədə iştirakın təmin edilməsinə qərar verib.
Həmçinin, qeyd edilir ki, konfrans iqlim məqsədlərinə nail olmaq üçün hökumət tərəfindən qərarların qəbulu və həyata keçirilməsində əhəmiyyət kəsb edəcək.
Digər xəbərlər