NAXÇIVAN :

13 Mart 2025, Cümə axşamı

NDU-nun rektoru Elbrus İsayev tələbələrlə iftar süfrəsi ətrafında görüşüb

...

Naxçıvan Dövlət Universitetində rektorluğun təşəbbüsü ilə ali təhsil ocağının tələbə yataqxanasında  yaşayan oruc tutan tələbələr üçün iftar süfrəsi açılıb. 
Təşkil olunan iftar süfrəsində iştirak edən NDU-nun rektoru Elbrus İsayev Ramazan ayının mənəvi dəyərlərini, birliyə və həmrəyliyə çağırışı haqqında fikirlərini bölüşüb.Tələbələrin rifahının və sosial həyatının universitet rəhbərliyinin daim diqqət mərkəzində olduğunu qeyd edib. 
Həmçinin rektor yerli və əcnəbi tələbələrlə söhbət edib, onların fikir və təkliflərini dinləyib. 
Tələbələr göstərilən diqqətə görə minnətdarlıqlarını bildirib, belə tədbirlərin universitetdə mehriban və dostluq mühitinin formalaşmasına töhfə verdiyini qeyd ediblər. 
Tədbir səmimi və xoş atmosferdə davam edib.

Nəşr edilib : 12.03.2025 22:35