Nazir: Əmək müqavilələrinin 97 faizi e-qaydada bağ...
16:46 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
Naxçıvan Dövlət Universitetinin (NDU) Enactus komandası “2025-ci il Enactus Azərbaycan Milli Yarışı”nda uğurla iştirak edib.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən "Şərq qapısı"na verilən məlumata görə, 12 avqust tarixdə onlayn formatda keçirilən yarımfinal mərhələsində hakimlərin qiymətləndirilməsi nəticəsində komanda ən yüksək bal toplayaraq 24 komanda arasında final mərhələsinə vəsiqə qazanan altı komandadan biri olub. Avqustun 15-də isə Bakı Konqres Mərkəzində baş tutan final mərhələsində yekunda II yerə layiq görülüb.
Bu il NDU-nun Enactus komandası iki innovativ layihə– IMYEN və EDUCE ilə yarışa qatılıb. Hər iki layihə uğurlu nəticələr göstərib, effektiv təsir yaradıb və böyük maraqla qarşılanıb. Layihələr BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin bir çoxunu özündə ehtiva edib.
Qeyd edək ki, NDU-nun Enactus komandası bu günədək 5 dəfə milli çempionatın qalibi olub və ölkəmizi beynəlxalq arenada uğurla təmsil edib. Komanda 2010-cu ildə ABŞ-nin Kaliforniya ştatında, 2011-ci ildə Malaziyanın Kuala Lumpur şəhərində keçirilən SIFE dünya çempionatında, 2014-cü ildə isə Çin Xalq Respublikasında keçirilən dünya çempionatında iştirak edib. 2023-cü ildə Niderlandın Utrext şəhərində baş tutan dünya çempionatında və 2024-cü ildə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən dünya çempionatında da ölkəmizi layiqincə təmsil edib.
Bildirək ki, “2025-ci il Enactus Azərbaycan Milli Yarışı” Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı ilə keçirilib. Enactus gələcək nəsil təşəbbüskar liderləri və sosial yenilikçiləri yetişdirərək daha yaxşı bir dünya yaratmağa hədəflənmiş dünyanın ən böyük təcrübə və öyrənmə platformasıdır. Bu məqsədlə Enactus gənclərə nəzəri biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaradır və azad sahibkarlığı təbliğ edir. Enactus Proqramı 1975-ci ildə ABŞ-də yaradılıb.
Digər xəbərlər