Azərbaycanla Şimali Makedoniya parlamentləri arası...
19:08 17.06.2025
0
0
0
İyunun 16-da Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric məktəbinə I və VI siniflər üzrə qəbul imtahanları təşkil olunub.
İmtahanlar məktəbdə yaradılmış imtahan komissiyasının üzvləri tərəfindən Kembric standartlarına uyğun şəkildə hazırlanmış suallar əsasında keçirilib. Birinci sinfə qəbul üzrə imtahanlar şifahi formada aparılıb. Bu mərhələdə şagirdlərin ingilis dili bacarıqları, ətraf mühitlə tanışlıq səviyyəsi və ilkin riyazi bilikləri müəllimlər tərəfindən dəyərləndirilib. Qeyd edək ki, I sinif üçün plan yeri bir sinif olmaqla, 20 nəfərlik nəzərdə tutulub.
Altıncı sinfə qəbul isə iki mərhələdən ibarət olub. Birinci mərhələ yazılı imtahan formasında keçirilib və burada iştirakçıların ingilis dilində dinləmə, oxu və qrammatika bacarıqları, eləcə də riyazi bilikləri ingilis dilində təqdim olunan suallar vasitəsilə yoxlanılıb. İkinci mərhələ isə “Cambridge Flyer” formatında keçirilmiş şifahi imtahan olub. Bu mərhələdə şagirdlərin danışıq bacarıqları xaricdən dəvət olunan müəllim, Kembric danışıq imtahanları üzrə mütəxəssis Fabian Chavez tərəfindən qiymətləndirilib.
Qeyd edək ki, VI siniflər üzrə plan yerləri iki sinif olmaqla, ümumilikdə, 40 nəfərlik müəyyən edilib.
Digər xəbərlər