Elçin Əmirbəyov: Orta Dəhlizin əhəmiyyəti daha da ...
14:41 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Azərbaycan Dillər Universitetinin rektoru, görkəmli alim, yazıçı-dramaturq, akademik Kamal Abdulla ilə görüş olub. Universitetin rəhbər heyəti və dilçi alimlərinin iştirakı ilə baş tutan görüşdə müəllif yeni çap olunan “Gizli Dədə Qorqud” kitabını ilk dəfə təqdim edib.
Rektor Elbrus İsayev qeyd edib ki, Kamal Abdulla Azərbaycanın görkəmli alimi, tanınmış yazıçısı, nüfuzlu ictimai xadimidir. Akademik ilə görüşü onun zəngin elmi, dilçi alim kimi geniş fəaliyyəti ilə daha yaxından tanış olmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan rektor yeni çap olunan “Gizli Dədə Qorqud” kitabının ilk dəfə məhz Naxçıvan Dövlət Universitetinə təqdim olunmasını xüsusi etimad adlandırıb.
Müasir Azərbaycan ədəbiyyatının ən çox oxunan, tanınan və sevilən müəlliflərindən biri olan Kamal Abdulla elmi və ədəbi fəaliyyətinin əsas istiqamətlərindən söz açıb, müxtəlif janrlarda qələmə aldığı bədii əsərlər, onların yazılma səbəbləri haqqında məlumat verib. “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmaları, mifologiyanın bugünkü həyatımıza təsiri barədə fikirlərini bölüşüb. Yazıçı yeni nəşr olunan “Gizli Dədə Qorqud” kitabını ilk dəfə təqdim edib və universitetin Elmi Kitabxanasına bağışlayıb. Kitab haqqında məlumatları diqqətə çatdıran yazıçı vurğulayıb ki, monoqrafiya əvvəlki nəşrlərin ümumiləşdirici variantı olmaqla yanaşı, bir sıra yeni fəsillər, bölmələr və əlavələrlə təkmilləşdirilib.
Sonda görüş iştirakçıların alimin Azərbaycan dilçilik elminin nəzəri məsələlərinə dair tədqiqatlarına, “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox”, “Gizli Dədə Qorqud” və digər əsərlərinə dair onları maraqlandıran sualları ətrafında müzakirələrlə davam edib.
Digər xəbərlər