Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sa...
19:20 06.06.2026
0
0
0
Naxçıvan Dövlət Universiteti BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində iştirak edir.
"Şərq qapısı" xəbər verir ki, universitetin stendində dayanıqlı şəhər mühiti, ekoloji təhlükəsizlik və ağıllı yaşayış sistemləri ilə bağlı tələbə və gənc tədqiqatçıların hazırladığı innovativ startap layihələri nümayiş etdirilir. Eyni zamanda Naxçıvanın zəngin tarixi-mədəni irsi, memarlıq nümunələri və turizm potensialı forum iştirakçılarına təqdim olunur.
NDU nümayəndələri forum çərçivəsində beynəlxalq əməkdaşlıq imkanları, dayanıqlı inkişaf məqsədləri və innovasiya sahəsində müxtəlif görüşlər keçirirlər. Universitetin bu nüfuzlu tədbirdə iştirakı Naxçıvanın beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Digər xəbərlər