Naxçıvanda baş verən qəzada 3 nəfər xəsarət alıb...
02:05 24.06.2026
0
0
0
Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.
"Şərq qapısı" xəbər verir ki, sənəd elmi-tədqiqat fəaliyyətinin inkişafı, yüksəkixtisaslı kadr hazırlığı, innovativ layihələrin həyata keçirilməsi, birgə laboratoriyaların yaradılması, elmi nəşrlərin hazırlanması və müxtəlif elmi tədbirlərin təşkili istiqamətlərini əhatə edir.
Memorandumu NDU-nun rektoru Elbrus İsayev və institutun direktoru İradə Hüseynova imzalayıblar.
Tədbirdə çıxış edən Elbrus İsayev universitetin elm və təhsil sahəsində əməkdaşlıqlarının genişləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunu bildirib. O, NDU-nun təbiət elmləri üzrə formalaşmış elmi-tədris bazası ilə institutun elmi potensialının birləşdirilməsinin yeni imkanlar açacağını vurğulayıb.
İradə Hüseynova isə rəhbərlik etdiyi müəssisədə molekulyar biologiya, biotexnologiya, ərzaq təhlükəsizliyi və bitki genetikası sahələrində aparılan tədqiqatlar barədə məlumat verib. O həmçinin Naxçıvanın zəngin dərman bitkiləri ehtiyatlarının birgə elmi araşdırmalar üçün geniş perspektivlər yaratdığını qeyd edib.
Çıxışlarda təbiət elmləri üzrə tədqiqatların genişləndirilməsinin və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, əməkdaşlıq yeni elmi layihələrin və innovativ təşəbbüslərin həyata keçirilməsinə töhfə verəcək. Tədbir qarşılıqlı hədiyyələrin təqdim olunması və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.
Digər xəbərlər