Gömrük nəzarətindən gizlədilən dərman vasitələri a...
12:43 08.09.2026
0
0
0
Subsidiya mexanizmində əsas diqqət məbləğin artırılmasından başqa, onun məhsuldarlığının yüksəldilməsinə yönəldilib. Yeni qaydalara əsasən, müasir suvarma sistemlərinin qurulması, aqrotexniki qulluq və sertifikatlı toxum istifadəsi xüsusi təşviq olunur.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində jurnalistlərə müsahibəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazir bildirib ki, Prezidentin Fərmanına edilən dəyişikliklərdən sonra heyvandarlıq və balıqçılıq sektorlarında da yeni subsidiya növləri tətbiq edilməsinə başlanılıb. “Xüsusilə cins damazlıq və süni mayalanma təsərrüfatlarında yaradılan dəyəri uzun müddət saxlayan fermerlər növbəti illərdə daha mərhələli və yüksək subsidiyalar alacaqlar", - deyə Məcnun Məmmədov əlavə edib.
Digər xəbərlər