Selçuk Bayraktar: Can Azərbaycanda yüksək texnolog...
23:11 04.06.2025
0
0
0
Ötən il Azərbaycanın neft ixracının 75 faizdən çoxu, təbii qaz tədarükünün isə 51 faizi Avropa ölkələrinə yönəlib.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu gün Azərbaycan Xəzər dənizini beynəlxalq enerji bazarları ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi kimi strateji layihələr sayəsində neftini 25, təbii qazını isə 12 ölkəyə uğurla ixrac edir.
“Qısa müddət ərzində boru kəməri ilə qaz nəqlinin coğrafi əhatəsinə görə dünyada qabaqcıl mövqe tutan Azərbaycan Avropa İttifaqına (Aİ) boru kəməri ilə nəql olunan qazın həcminə görə 7 faiz payla dördüncü təchizatçıdır. Bu, bir daha təsdiq edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün növ enerji resurslarına rasional və balanslaşdırılmış yanaşması, eləcə də ixrac infrastrukturunun inkişafına yönəlmiş qətiyyətli siyasəti ölkəmizin müasir enerji xəritəsində strateji mövqeyini möhkəmləndirərək qeyri-sabit dünyada etibarlı enerji təhlükəsizliyinin nümunəvi modelini formalaşdırıb”, - deyə nazir əlavə edib.
Digər xəbərlər