Azərbaycan və Türkiyə XİN rəhbərləri İstanbulda gö...
14:54 08.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
Biz Elm və Təhsil Nazirliyi olaraq çalışırıq məktəblərdə bəzi məhdudiyyətlər qoyaq. Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb. Məktəblərdə uşaqların internetə çıxışı ümumiyyətlə filtr olunur. Elə mövzular var ki, onlar bloklanır. Məktəblərdə 200-dən çox təhlükəli mövzulara məhdudiyyətlər qoyulub.
"Şərq qapısı" xəbər verir ki, bunu İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsininin müzakirəsində elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
Onun sözlərinə görə, dünya təcrübəsi göstərir ki, uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması məsələsinin sadə həlli yoxdur. Bir tərəfdən, sosial şəbəkələrdən problemli istifadə depressiya, narahatlıq, kibertəqib və digər mənfi nəticələrlə əlaqələndirilir. Digər tərəfdən isə, sosial şəbəkələr ünsiyyət imkanları yaradır, ictimai iştirak üçün platforma təqdim edir, sosial dəstək almağa kömək göstərir, müxtəlif qrupların özlərini ifadə etməsinə şərait yaradır. Buna görə də əsas vəzifə uşaqların təhlükəsizliyini təmin etməklə yanaşı, onların rəqəmsal dünyanın verdiyi imkanlardan faydalanmasına şərait yaratmaqdır. Bu isə yalnız dövlətin, texnologiya şirkətlərinin, məktəblərin, valideynlərin, uşaqların birgə səyləri nəticəsində mümkün ola bilər.
Digər xəbərlər