NAXÇIVAN :

11 Sentyabr 2026, Cümə

Nazir: İqtisadiyyatın və süni intellektin inkişafı böyük həcmdə elektrik enerjisi tələb edəcək

...

Azərbaycan enerji resursları, o cümlədən qaz tədarükü sahəsində əməkdaşlığını genişləndirir və hazırda 16 ölkəyə qaz tədarük edir. Bu proses Azərbaycan-Türkiyə enerji əməkdaşlığının daha da dərinləşməsinə töhfə verir.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində keçirilən brifinqdə deyib.

Pərviz Şahbazov qeyd edib ki, qarşıdakı dövrdə əsas məqsədlərdən biri neft-qaz sahəsində mövcud əməkdaşlığı elektrik enerjisi istiqamətində inkişaf etdirməkdir.

“Yeni elektrik erasının başlaması ilə həm iqtisadiyyatın, həm də süni intellektin inkişafı böyük həcmdə, məhz elektrik enerjisi tələb edəcək. Biz burada təkcə elektrik enerjisinin istehsalından danışmırıq, eyni zamanda, elektrik enerjisi bağlantılarının yaradılmasını nəzərdə tuturuq”, - deyə nazir bildirib.

Nəşr edilib : 11.09.2026 14:02