NAXÇIVAN :

22 Oktyabr 2026, Cümə axşamı

Nazir: İndiyədək “e-müqavilə” altsistemi ilə 3 milyard manatlıq 7500-dən çox müqavilə rəsmiləşdirilib

...

“E-müqavilə” altsistemi vasitəsilə indiyədək ümumi məbləği 3 milyard manatdan artıq olan 7500-dən çox elektron müqavilə rəsmiləşdirilib.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev “Rəqəmsal maliyyə ekosistemi: İdarəetmədə yeni mərhələ” adlı konfransda deyib.

Nazir bildirib ki, altsistemdə elektron təhvil-təslim aktlarının tətbiqi həyata keçirilir, süni intellekt əsaslı “RDMİS AI” dəstək köməkçisi istifadəyə verilib.

“Eyni zamanda, xəzinədarlıq əməliyyatlarının tam elektronlaşdırılması, büdcə öhdəliklərinin və ödənişlərin vahid rəqəmsal mühitdə idarə edilməsi, müvafiq altsistemlərin inteqrasiyası əsasında müqavilədən ödənişədək proseslərin rəqəmsal əlaqələndirilməsi istiqamətində işlər davam etdirilir”, - deyə o qeyd edib.

Nəşr edilib : 22.10.2026 11:13