Naxçıvan məktəblərində təyyarə qəzasında həlak ola...
16:55 26.12.2024
0
0
0
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Bolqarıstana və oradan digər Avropa ölkələrinə nəql məqsədilə 1,4 milyard kubmetrdən artıq qaz ixrac edilib.
"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“İstanbul Enerji Forumu”nda iştirak edən nazir bildirib ki, İstanbulda Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və Bolqarıstanın energetika naziri Vladimir Malinovun iştirakı ilə qaz sahəsində üçtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Bundan başqa, Azərbaycan, Türkiyə və Bolqarıstan nazirlərinin və Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin iştirakı ilə “yaşıl enerji”nin tədarükü üzrə dördtərəfli görüş keçirilib.
“Azərbaycan və Mərkəzi Asiyanın bərpa olunan enerji potensialı əsasında “yaşıl enerji”nin Avropaya müxtəlif marşrutlarla çatdırılması üzrə əməkdaşlıq imkanlarımızı dəyərləndirdik”, - deyə P. Şahbazov qeyd edib.
Digər xəbərlər