NAXÇIVAN :

06 Oktyabr 2026, Çərşənbə axşamı

Nazir: "Azərbaycan və Böyük Britaniya münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək potensialına malikdir"

...

Azərbaycan və Böyük Britaniya münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək potensialına malikdir.

"Şərq qapısı" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-cı iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Böyük Britaniya qarşılıqlı etimad və inama əsaslanan güclü siyasi və iqtisadi əlaqələrə malik uzunmüddətli dostlardır: "Əldə etdiyimiz tərəqqi münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq üçün möhkəm bünövrə yaradır. Əməkdaşlığımızı bu yeni səviyyəyə çatdırmaq üçün həm siyasi iradəmiz, həm də mühüm potensialımız var. Prezident İlham Əliyev Azərbaycan və Böyük Britaniya arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə və çoxşaxəli ikitərəfli əməkdaşlığımızın inkişafına xüsusi əhəmiyyət verir".

Nazirin fikrincə, 30 ildən artıqdır ki, Böyük Britaniya energetika sektoruna yatırdığı sərmayələr və strateji əməkdaşlıq vasitəsilə Azərbaycanın əsas tərəfdaşlarından biri olub.

Nəşr edilib : 06.10.2026 14:33