Çernobıl AES-də baş verən qəzadan 39 il ötür...
00:20 26.04.2025
0
0
0
Biz nəqliyyat dəhlizlərinin genişləndirilməsi, Asiyada daha təhlükəsiz, dayanıqlı və səmərəli infrastrukturun təşviqi üçün çalışacağıq. AQEM Biznes Şurasının vasitəsilə kiçik və orta sahibkarların sərmayələrə, bazarlara çıxışı, onların elektron kommersiya kimi innovativ metodlarla beynəlxalq ticarətdə iştirakı, həmçinin kənd təsərrüfatında innovativ yanaşmalar daxil olmaqla, Sədrliyin bu çərçivədə diqqət yetirəcəyi sahələr arasında yer alacaq.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AQEM Nazirlər Şurasının 7-ci görüşündə çıxışı zamanı söyləyib.
Nazir diqqətə çatdırıb ki, yeni çağırışlar və təhdidlər ölçüsü üzrə diqqət qabiliyyət-quruculuğunun təşviqinə, eləcə də kibertəhlükəsizlik və şəxsi məlumatların mühafizəsi üzrə uğurlu təcrübələrin mübadiləsinə yönələcək. Biz AQEM məkanında məlumatların mühafizəsi üzrə hüquqi çərçivənin harmonizasiyası, habelə kibertəhlükəsizlik və məlumatların məxfiliyi mədəniyyətinin təşviqi üçün çalışacağıq.
“Ətraf mühit ölçüsünün mərkəzində müxtəlif sahələrdə konkret layihələr vasitəsilə yaşıl keçidin və dayanıqlı inkişafın təşviqi duracaq. Bu xüsusda, müxtəlif prioritet sahələr arasında qarşılıqlı əlaqənin təşviqi üçün bir-biri ilə kəsişən mövzuları əhatə edən gündəlik hazırlanacaq”, - deyə Ceyhun Bayramov əlavə edib.
Digər xəbərlər