NAXÇIVAN :

22 Iyun 2025, Bazar

Nazim Rəhimov: “Bilikli, istedadlı şagirdlərin gimnaziyaya qəbulu üçün imtahan yüksək səviyyədə təşkil olunub”

...

“Bu gün Naxçıvan Dövlət Universitetinin nəzdində İngilis dili Təmayüllü Gimnaziya 2025-2026-cı tədris ili üçün qəbul imtahanı keçirib. Məlumat üçün qeyd edim ki, imtahanda 2024-2025-ci tədris ilində ümumtəhsil məktəblərində təhsil alan şagirdlər imtahan verib”. 
Bunu Naxçıvan Dövlət Universitetinin nəzdində İngilis dili Təmayüllü Gimnaziyanın direktoru Nazim Rəhimov “Şərq qapısı”na müsahibəsində söyləyib. 
O qeyd edib: “İmtahanda 429 şagird sənəd verib. Onlardan 425 nəfər şagird isə imtahanda iştirak edib. İmtahan Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində keçirilib. Şagirdlərimizə 50 nəfər nəzarətçinin nəzarəti ilə 25 otaqda imtahanlar baş tutub. Bütün şagirdlərimizə bu imtahanda uğurlar arzulayırıq. Qeyd etmək istəyirəm ki, imtahanda şagirdlərə Azərbaycan dilindən 20, riyaziyyatdan 25, ingilis dilindən 35, Azərbaycan tarixindən 10, təbiət fənnindən 10 olmaqla, ümumilikdə, 100 sual təqdim edilib. Ən yüksək nəticə göstərən şagirdlərdən 30 nəfər qız, 30 nəfər oğlan olmaqla Naxçıvan Dövlət Universitetinin  nəzdində İngilis dili Təmayüllü  Gimnaziyaya qəbul ediləcək”. 
“Məlumat üçün qeyd etmək istəyirəm ki, gimnaziyanın 2024-2025-ci il tədris ilindəki uğurları çox yüksək olub. Dövlət İmtahan Mərkəzi tərəfindən 9 mart 2025-ci il tarixdə keçirilən imtahanda şagirdlərimiz 11-ci sinif bazasından 36 şagirddən 24-ü fərqlənmə attestatına layiq görülüb. Həmin şagirdlərdən 34-ü 200 dən yuxarı nəticə göstərib. 27 aprel 2025-ci il tarixdə keçirilən ümumi orta təhsil səviyyəsi üzrə imtahanda 61 şagirddən 47-si fərqlənmə attestatına layiq görülüb. Naçıvan Muxtar Respublikasında 300 bal Naxçıvan Dövlət Universitetinin nəzdində İngilis dili Təmayüllü Gimnaziyanın şagirdi Hüseynli Ruqayyə tərəfindən toplanılıb. Bizim bütün bu nailiyyətlərimizi əlimizdə rəhbər tutaraq demək istəyirəm ki,  builki imtahanda da çox yaxşı, bilikli, istedadlı şagirdlərin bizim gimnaziyaya gəlmələri, orada təhsil almaları üçün bu imtahan yüksək səviyyədə keçirilib. Ümid edirik ki, ən layiqli, istedadlı şagirdlər NDU-nun nəzdində İngilis dili Təmayüllü Gimmaziyada təhsil alacaqlar”, – deyə Nazim Rəhimov qeyd edib. 

Aidə İBRAHİMOVA

Nəşr edilib : 22.06.2025 16:11