NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

“Naxçıvanpoçt”a yeni direktor təyin edilib

...

Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini,nazir vəzifəsini icra edən Rahid Ələkbərli müvafiq əmr imzalayıb. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, əmrə əsasən Məmmədrəhimov Azər Şahverdi oğlu “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru təyin olunub. 
O, 2001-2005-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsində bakalavr, 2007-2009-cu illərdə magistr, 2009-2014-cü illərdə hüquq, 2017-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Elektron idarətmə ixtisası üzrə magistr təhsili alıb. Bu təyinata qədər 2005-2010-cu illərdə bir neçə özəl şirkətin maliyyə şöbəsinin rəisi, 2010-2013-cü illərdə “Azərpoçt” MMC-də maliyyə xidmətləri üzrə mühəndis, 2013-cü ildən etibarən isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatında məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb. Həmçinin A.Məmmədrəhimov 2016-2021-ci illər ərzində Ümumdünya Poçt İttifaqının Poçt Maliyyə Xidmətləri Komissiyasının həmsədri, 2021-ci ildən “Azərpoçt” MMC-nin Müşahidə Şurasının katibi kimi fəaliyyət göstərib. 24 iyun 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 
Yeni direktor bu gün kollektivə təqdim olunub.

Nəşr edilib : 28.08.2024 21:23