NAXÇIVAN :

14 May 2025, Çərşənbə

“Naxçıvanpoçt” publik hüquqi şəxs müsabiqə elan edir

...

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Naxçıvanpoçt" publik hüquqi şəxsi "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş poçt markalarının eskizlərinin hazırlanması üçün müsabiqə elan edir. Müsabiqənin məqsədi Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" çərçivəsində Naxçıvan Muxtar Respublikasına aid xüsusi poçt markalarının hazırlanması üçün ən yaxşı eskizlərin müəyyən edilməsidir.
Qeyd edək ki, müsabiqə üçün təqdim olunan loqonun dizaynı özündə ölkəmizin Konstitusiya və suverenlik tarixini əks etdirməli, eləcə də tarixi hadisələr, rəmzi fiqurlar, milli ornamentlər və digər yaradıcı yanaşmaları ilə fərqlənməlidir. Həmçinin loqoda indiyədək istifadə olunmayan və mövcud loqotiplərin elementlərini təkrarlamayan nümunələr təqdim olunmalıdır.
Müsabiqədə iştirak etmək istəyən şəxslər əlavə məlumat üçün +994 36 225 nömrəsi ilə və ya  office@naxcivanpoct.gov.az mail ünvanı ilə əlaqə saxlaya bilər.

Nəşr edilib : 14.05.2025 11:06