NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Naxçıvanlı şagirdlər VII Robot Olimpiadasında iştirak edirlər

...

Sentyabrın 20-də Bakıda yeniyetmə və gənclər arasında VII Robot Olimpiadasına start verilib.

Olimpiada Milli Gimnastika Arenasında Gənclər və İdman Nazirliyinin, Dünya Robot Olimpiadası Assosiasiyasının və Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir. 

Olimpiadada  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən STEAM Təlim-Tədris Mərkəzinin 6 şagird və 3 mentordan ibarət komandaları iştirak edir.

Qeyd edək ki, RoboSports, Future Engineers və Future İnnovators kateqoriyalarında yarışan komandalarımız bugün ilk çıxışlarını edəcəklər.

Nəşr edilib : 21.09.2024 14:28