Dağların qoynundan boylanan cənnət
00:03 25.11.2024
0
0
0
NAXÇIVAN :
25 Noyabr 2024, Bazar ertəsi
Ölkə Prezidenti cənab İlham Əliyev “2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə “Prezident təqaüdünün verilməsi haqqında” Sərəncam imzalayıb. Prezident təqaüdünə layiq görülən Naxçıvanın ümumtəhsil məktəblərinin məzunları öz təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüb.
Ordubad Rayon Gənzə kənd tam orta məktəbinin məzunu Yaqub Rzayev deyir : – Qəbul imtahanının ilk mərhələsində 295.2, ikinci mərhələsində 391.9 olmaqla, ümumilikdə, 687,1 bal toplayaraq ali məktəbə daxil olmuşam. Yüksək nəticə əldə etməyi qarşıma məqsəd qoymuşdum və bu arzuma çatdım. Bu yolda ən böyük dəstəkçim ailəm və müəllimlərim oldu. Üzərimdə çox çalışaraq müəllimlərin verdiyi tapşırıqlarla kifayətlənməyib, əlavə dərslik materiallarından da istifadə edərək daha çox bilik qazanmağıma səy göstərirdim. Gecə-gündüz mütəmadi olaraq oxumaq sonda mənim nailiyyət qazanmağıma kömək oldu. Həyatda hər zaman bir devizim olub – “Əlçatmaz heç nə yoxdur!”
Müsahibimiz qeyd etd ki, jazırda ADA Universitetinin Hüquqşünaslıq ixtisasında (tədris ingilis dilində) təhsil alır. Gələcəkdə peşəkar bir kadr kimi karyera qurmaq arzusundadır. Təhsilini başa vurduqdan sonra fəaliyyət istiqamətindən asılı olmayaraq dövlətimiz, xalqımız üçün layiqli kadr kimi çalışacaq. Bu Yaqubun hədəfidir və o əmindir ki, buna nail olacaq. Prezident təqaüdünə layiq görülməsini isə ölkə başçısı cənab İlham Əliyevin təhsilə və gənclərə göstərdiyi yüksək diqqətin bariz nümunəsi olduğunu dedi. Çox sevinc və qürurla danışan Yaqub bu yolda ona dəstək olan hər kəsə dərin minnətdarlığını bildirdi.
Prezident təqaüdünə layiq görülən məzunlardan digəri Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin məzunu İnci Qənbərova ilə də həmsöhbət olduq. O bildirdi : – 3-cü qrup üzrə buraxılış imtahanında 297, blok imtahanında 380 olmaqla, ümumilikdə, qəbul imtahanlarında 677 bal toplamışam və Prezident təqaüdünə layiq görülmüşəm. Bu təbii ki, valideynlərimi və müəllimlərimi çox fərəhləndirdi. Çox qürurluyam. Çünki minlərlə şagird qəbul imtahanlarında iştirak edir və onların içindən, sadəcə, 102 nəfər ölkə başçısı tərəfindən bu təqaüdə layiq görülür. Universitetdəki təhsil həyatım boyunca bu təqaüd mənə dərslərimdə uğurlu olmaq üçün motivasiya verəcək və çalışacağam ki, ona, həqiqətən də, layiq olduğumu sübuta yetirim. Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıram. Bu saydıqlarım məncə, hər abituriyentin arzusudur. Çox sevindirici haldır, mən çalışmaqla, öz üzərində işləməklə buna nail olmuşam. Bu gün yuxusuz gecələrimin, keçirdiyim stresslərin və həyəcanın sevincini yaşayıram. Qurduğum xəyallar gerçək olub. Artıq yeni hədəflər üçün ali təhsil həyatımda daha dərin elmi biliklərə yiyələnmək arzusundayam. Əminəm ki, bunun da öhdəsindən gələcəyəm. Ən böyük arzum isə gələcəkdə öz Vətənimi, doğma Azərbaycanımı beynəlxalq arenalarda uğurla təmsil etməkdir.
Bülbül Quliyeva
Digər xəbərlər