NAXÇIVAN :

25 Iyun 2025, Çərşənbə

Naxçıvanın bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq

...

"Şərq qapısı" xəbər verir ki, şəhərin Qaraçuq kəndi, Qaraxanbəyli kəndi, Bulqan kəndi və Azərbaycan məhəlləsinin bir hissəsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar 25 iyun saat 10:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.
İşlər 25 iyun tarixdə gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Nəşr edilib : 25.06.2025 09:36