NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Naxçıvandan olan hakimlər ilk dəfə Azərbaycan çempionatında oyun idarə ediblər

...

AFFA U-17 Liqasının XIX turu çərçivəsində keçirilən “Neftçi” – “Şamaxı” oyununda ilk yaşanıb.

Qurumdan verilən məlumata görə, Naxçıvandan olan hakimlər briqadası AFFA Hakimlər Komitəsi tərəfindən bu görüşə təyinat alıb. “Neftçi Futbol Mərkəzi”ndə baş tutan matçı Pərviz İbrahimov idarə edib. Vüsal Xəlilzadə və İlkin Mustafazadə baş hakimin köməkçiləri qismində fəaliyyət göstəriblər.

Bununla Azərbaycan futbol tarixində ilk dəfə Naxçıvandan olan hakimlər briqadası AFFA-nın təşkil etdiyi respublika dərəcəli yarışda oyun idarə edib.

Nəşr edilib : 18.12.2024 17:59