NAXÇIVAN :

11 Aprel 2025, Cümə

Naxçıvanda “Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi təşkil olunub

...

Aprelin 3-də Naxçıvanda “Zəkaların mübarizəsi” olimpiadasının şahmat turniri istiqaməti üzrə regional mərhələsi təşkil olunub. Olimpiadada rayon, şəhər təhsil şöbələri üzrə hər komandada 3 oğlan, 2 qız olmaqla, ümumilikdə, 40 məktəbli 8 komandada mübarizə aparıb. 
FİDE qaydaları əsasında keçirilən şahmat turnirində Naxçıvan şəhər komandası xal hesabı ilə digər komandaları üstələyərək qalib olub.
Regional mərhələdə qalib olan Naxçıvan şəhər komandası paytaxt Bakıda keçiriləcək  respublika mərhələsində Naxçıvanı təmsil edəcək.
Məlumat üçün bildirək ki, Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində may ayında IX-XI sinif şagirdləri üçün təşkil olunacaq “Zəkaların mübarizəsi” olimpiadasında məktəblilər riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələrində bilik və bacarıqlarını nümayiş etdirəcək, eyni zamanda şagirdlər arasında şahmat turniri təşkil ediləcək.
Qeyd edək ki, növbəti həftələrdə Naxçıvanda  olimpiadanın  bilik yarışı istiqaməti üzrə regional mərhələsi təşkil olunacaq.

Nəşr edilib : 03.04.2025 17:14