Böyük Britaniyanın Ticarət üzrə elçisi Lord Alderd...
20:22 14.12.2025
0
0
0
8 Noyabr – Zəfər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və Turizm Departamenti tərəfindən Haçadağın zirvəsinə ekstremal yürüş təşkil olunub.
Yürüşdə idmançılar, könüllü gənclər, əcnəbi tələbələr və təşkilatçı qurumların əməkdaşları olmaqla, ümumilikdə, 44 nəfər iştirak edib.
Zirvədə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anıb, Dövlət Himnini ifa ediblər.
Yürüşün sonunda iştirakçılar Fəxri fərmanlarla təltif olunub, FHN əməkdaşları və təcili tibbi yardım işçilərinə isə təşəkkürnamə təqdim edilib.
Digər xəbərlər