NAXÇIVAN :

02 May 2026, Şənbə

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb

...

"Şərq qapısı" xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. "Hyundai" markalı avtomobillə  "Toyota" markalı avtomobil toqquşub. Qəza zamanı Süleyman Bəylərov, İlkin Məmiyev, Ceyhun Talıbov, Səməd Bilalov xəsarət alıb. Onlar
Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, fakt araşdırılır.

Nəşr edilib : 13.01.2026 13:09