NAXÇIVAN :

22 Iyul 2026, Çərşənbə

Naxçıvanda yeni ünvan verilən daşınmaz əmlak obyektlərinin sayı 37,3 faiz artıb

...


Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən bu ilin yanvar-iyun ayları ərzində, ümumilikdə, 4390 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb. 

Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, bunlardan 1602-si daşınmaz əmlakın texniki pasportu, 2788-i isə torpaq sahəsinin planı və ölçüsüdür.

Hesabat dövründə 414 torpaq sahəsi, 86 mənzil, 60 qeyri-yaşayış binası, 52 fərdi yaşayış evi və 43 qeyri-yaşayış sahəsi olmaqla, ümumilikdə, 655 daşınmaz əmlak obyektinə yeni ünvan verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,3 faiz çoxdur.

Nəşr edilib : 22.07.2026 17:54