NAXÇIVAN :

14 Sentyabr 2026, Bazar ertəsi

Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq

...

2026-2027-ci tədris ilində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 49 min şagird təhsil alacaq. Onlardan 23 640-ı qız, 25 358-i oğlandır.
  ️Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən “Şərq qapısı”na bildirilib ki, yeni tədris ilində məktəbəhazırlıq qruplarında 2 282 uşaq iştirak edəcək. Onların 1 127-si qız, 1 155-i oğlandır.
 Eyni zamanda birinci sinfə 3 603 şagird qəbul olunub. Onlardan 1 698-i qız, 1 905-i oğlandır.

Nəşr edilib : 14.09.2026 21:42