Hazırda Naxçıvan şəhərində Zəfər Gününə həsr olunm...
20:33 08.11.2024
0
0
0
2024-cü ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsində olan elektrik stansiyalarının texniki-iqtisadi göstəriciləri açıqlanıb.
Sentyabr ayında istehsal olunan ümumi elektrik enerjisinin 35 %-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür.
Sentyabr ayında çaylarda az sululuqla əlaqədər Su Elektrik Stansiyalarında istehsal olunan elektrik enerjisinin payı azalıb.
Qeyd edək ki, 2024-cü ilin sentyabr ayı üzrə istehsal olunan ümumi elektrik enerjisinin:
- 65 %-i İstilik Elektrik Stansiyalarında;
- 20 %-i Su Elektrik Stansiyalarında;
- 15 %-i Günəş Elektrik Stansiyalarında istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb.
Ötən ilin doqquz ayı ilə müqayisədə isə alternativ və bərpa olunan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin payı 20 faizə yaxın artıb.
Belə ki, 2023-cü ilin doqquz ayında "yaşıl enerji"nin istehsal payı 35.1 faiz olduğu halda 2024-cü ilin müvafiq dövründə bu rəqəm 53 faizə yüksəlib.
Digər xəbərlər