NAXÇIVAN :

12 Dekabr 2024, Cümə axşamı

Naxçıvanda yaşıl enerjinin istehsal payı ötən ilin müvafiq dövrünə nisbətən 20 faiz artıb

...

2024-cü ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikası Dövlət  Energetika Xidmətinin istismar sahəsində olan elektrik stansiyalarının texniki-iqtisadi göstəriciləri açıqlanıb. 
Müvafiq dövr ərzində istehsal olunan ümumi elektrik enerjisinin 55 %-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür. 
2024-cü ilin yanvar - avqust ayları üzrə istehsal olunan ümumi elektrik enerjisinin:
- 45 %-i İstilik Elektrik Stansiyalarında;
- 42 %-i Su Elektrik Stansiyalarında;
- 13 %-i Günəş Elektrik Stansiyalarında istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb. 
Ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ və bərpa olunan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin payı 20 % -ə yaxın artıb. 

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika
Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 10.09.2024 16:00