NAXÇIVAN :

14 May 2025, Çərşənbə

Naxçıvanda xidmət keçən əsgərlərə intellekt yarışı keçirilib

...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən hərbi hissələrin əsgərləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Gənclər və İdman Nazirliyinin “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi ilə birgə təşkil etdiyi tədbir Naxçıvan şəhərində – İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşıb. 6 komandanın iştirak etdiyi yarışma 2 turdan ibarət olub və iştirakçılar üçün müxtəlif mövzularda 24 sual səsləndirilib. Hər düzgün cavab 1 xalla qiymətləndirilib.

Nəticələrə əsasən Əlahiddə Ümumqoşun Ordunun “Şuşa” komandası birinci olub. Daxili Qoşunların “Mübarizlər” komandası ikinci, ordunun digər təmsilçisi “Zəfər” komandası isə üçüncü yerə sahib çıxıb. 

İlk üç yerin sahibi olan komandalar və üzvlərinə diplom təqdim olunub, qalib heyət hədiyyələrlə mükafatlandırılıb.

Nəşr edilib : 14.05.2025 15:11