Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaş...
23:23 10.02.2026
0
0
0
Naxçıvan şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində yeniyetmə oğlan və qız voleybolçular arasında “Suverenlik kuboku” uğrunda birincilik keçirilir.
İlk oyunlardan sonra Naxçıvanın "Möminə xatun” və "Naxçıvan" (oğlanlar) komandasının köməkçi məşqçisi Samil Hüseynov fikirlərini bizimlə bölüşüb: "Yarışın ilk günü kifayət qədər gərgin keçdi. Qızlarımızdan ibarət "Möminə xatun" komandası “Milli Aviasiya Akademiyası” komandası ilə qarşılaşdı. Oğlanlarla istədiyimiz nəticəni əldə edə bilməsək də, qızlarımız möhtəşəm oyun sərgilədilər və qələbə qazandılar. Biz bilirik və inanırıq ki, qızlarımızın potensialı bununla məhdudlaşmır. Yarışın hələ ilk günü olduğu üçün komandamız tam istədiyi oyunu nümayiş etdirə bilmədi. Buna baxmayaraq, qələbə qazandığımız üçün çox xoşbəxtik. Rəqib komandanı əzmkar oyununa görə təbrik edirik. Biz isə artıq qarşıdakı oyunlara köklənmişik. Sabah milli komanda ilə oyunumuz var və inanırıq ki, bu oyundan da qələbə ilə ayrılaraq final mərhələsinə adımızı yazdıracağıq".
Yarışla bağlı fikirlərini bölüşən Naxçıvanı təmsil edən “Möminə xatun” komandasının kapitanı Zeynəb Babayeva isə oyunda qalib gələcəklərinə əvvəlcədən inandığını bildirib. O artıq 6 ildir, voleybolla məşğul olduğunu və gələcək hədəfinin daha böyük komandalarda oynamaq olduğunu deyib. Zeynəb Babayeva qeyd edib ki, idman yoluna atletika ilə başlasa da, sonradan voleybola keçib və bu seçim onun üçün uğurlu olub. Onun idealı Türkiyənin tanınmış voleybolçusu Zəhra Günəşdir. Kapitanın sözlərinə görə, oyunda qazandıqları qələbələr ona əlavə motivasiya verir: “Hər zaman oyunlarda məsuliyyətli olmağa çalışıram. Bu qarşılaşmada da ilk setdə bir qədər həyəcanlı idik, lakin sonradan toparlanaraq qələbə qazandıq. Bundan sonra meydana çıxacaq digər komandalara da uğurlar arzulayıram”, – deyə Zeynəb Babayeva bildirib.
Zəhra VƏLİYEVA
Digər xəbərlər