Naxçıvanda tam (11 illik) orta təhsil səviyyəsi üz...
14:00 19.04.2026
0
0
0
Cari ilin aprel ayının 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 55 051 vergiödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, 2025-ci illə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,6 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,8 faiz, hüquqi şəxslərin sayı isə 4,5 faiz artıb.
Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz artaraq 1832 vahid olub. 2026-cı ildə kommersiya qurumlarının 86,4 faizi elektron, 13,6 faizi kağız daşıyıcısı vasitəsilə qeydiyyata alınıb.
Digər xəbərlər