NAXÇIVAN :

26 Noyabr 2024, Çərşənbə axşamı

Naxçıvanda vergi güzəştlərinin tətbiqi ilə bağlı qanun layihəsi hazırlanıb

...

Naxçıvanda işğaldan azad edilmiş ərazilərdəki kimi vergi güzəştlərinin tətbiqi ilə bağlı qanun layihəsi hökumətə təqdim edilib.

"Şərq qapısı" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq, onun nəticələri” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, sənəd gəlir və mənfəət vergisi ilə bağlı, eləcə də idxal, infrastrukturun qurulmasına dair ƏDV güzəştlərini nəzərdə tutur: "Qanun layihəsi həmkar dövlət orqanları ilə razılaşdırılıb, bu zaman Naxçıvan sahibkarlarının və rəhbərliyinin təklifləri də nəzərə alınıb".

Nəşr edilib : 26.11.2024 12:54