NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Naxçıvanda vergi daxilolmaları 32 faizdən çox artıb

...

Cari ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 141,3 milyon manat vergi daxil olub.
Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 milyon manat və ya 32,3 faiz çoxdur. Cari ilin 8 ayında Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 120,8 faiz icra edilib.

Nəşr edilib : 11.09.2024 14:03