Naxçıvanda daha bir mühüm konfrans
23:23 13.05.2025
0
0
0
Cari ilin yanvar-aprel ayları ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 77,3 milyon manatdan çox vergi daxil olub.
Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 22,8 faiz və ya 14,4 milyon manat çoxdur.
Qeyri-dövlət sektorundan daxilolmalar isə 52,3 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 11,8 milyon manat və ya 29,1 faiz çox olub.
Ödənilən vergilərin 67,7 faizi qeyri-dövlət sektorunun, 32,3 faizi isə dövlət sektorunun payına düşüb.
Digər xəbərlər