NAXÇIVAN :

16 Mart 2025, Bazar

Naxçıvanda V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

...

Martın 15-də Naxçıvanda şagirdlər arasında V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib.
Naxçıvan şəhəri 3 nömrəli tam orta məktəbdə keçirilən  müsabiqədə olimpiadanın respublika turunda 75 baldan yuxarını toplayan 43 şagird iştirak edib. 
Qeyd edə ki, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri medal və hədiyyələrlə mükafatlandırılacaq və bu ilin 11-21 avqust tarixlərində Hindistanda keçiriləcək XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar.
Məlumat üçün bildirək ki, V Azərbaycan Astronomiya Olimpiadası və XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.

Nəşr edilib : 15.03.2025 20:26