NAXÇIVAN :

14 May 2025, Çərşənbə

Naxçıvanda ümumi orta təhsil səviyyəsi üzrə imtahan keçirilib

...

Bu gün  Dövlət İmtahan Mərkəzi  tərəfindən  orta ixtisas təhsili müəssisələrinə
sənəd  vermiş əvvəlki  il məzunları üçün qəbul
imtahanı keçirilib. “Şərq qapısı” xəbər verir ki, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə keçirilən imtahanda, ümumilikdə, 363 namizəd  iştirak edib.  İmtahanın idarə olunmasına  4 imtahan rəhbəri, 38 nəzarətçi cəlb  olunub. 
Qeyd edək ki, saat 10:00-da başlanılan imtahan 3 saat davam edib.

Nəşr edilib : 11.05.2025 13:01